Associated Press: İran xalqı inqilabın ildönümünü avtomobil və motosiklet yürüşləri ilə qeyd etdi

Associated Press: İran xalqı inqilabın ildönümünü avtomobil və motosiklet yürüşləri ilə qeyd etdi

Bu il əvvəlki illərdən fərqli bir şəkildə təşkil edilən İran İslam İnqilabının qələbəsinin qırx ikinci ildönümünün anılması, xarici medialarda əks olundu.

Sizinyol.com xəbər verir ki, “Associated Press”, İranın çərşənbə günü koronavirusun yayılmasına görə İslam İnqilabının zəfərinin 42-ci ildönümünü avtomobillər, motosikletlər və velosipedlərin yürüşü ilə qeyd etdiyini bildirib.

İslam İnqilabının qələbəsinin ildönümü ərəfəsində İranın şəhər və kəndlərinin əhval-ruhiyyəsini təsvir edən bu hesabatda bildirilib ki, çərşənbə günü küçələr böyük İran bayraqları və hava şarları ilə bəzədilib, inqilabi və vətənpərvərlik mahnıları səsgücləndiricilər vasitəsilə yayımlanmaqdadır.

“Associated Press” ayrıca İran İslam İnqilabının qələbəsinin ildönümündə şəhərlərin küçələrində İranın elmi və hərbi uğurlarının, o cümlədən peyk və ballistik raketlərin təsvirlərinin nümayiş olunduğunu da yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − seven =