Astana “üçlüyü” ölkələri Suriyada nizamlanma prosesində qətiyyətini təsdiqləyib – Ərdoğan

Astana “üçlüyü” ölkələri Suriyada nizamlanma prosesində qətiyyətini təsdiqləyib – Ərdoğan

Tehranda keçirilən sammitdə Astana formatının təminatçısı olan ölkələri Suriya probleminin həllinə töhfə vermək qətiyyətində olduqlarını təsdiq edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdən sonra keçirilən mətbuat konfransında deyib.

“Sammitdə Astana “üçlüyü” ölkələrinin Suriyada nizamlanmaya töhfə vermək qətiyyətində olduğu təsdiq edilib. Görüş iştirakçıları humanitar problemlərin həlli üçün vacib olan Astana formatı çərçivəsində siyasi prosesin sürətləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər”, – deyə Türkiyə prezidenti bildirib.

R.T.Ərdoğan deyib ki, Suriya Konstitusiya Komitəsinin fəaliyyətində uğursuzluq bütün Astana prosesinin uğursuzluğuna bərabərdir: “Astana prosesinin qarant ölkələri olaraq biz mümkün olan hər şeyi etməliyik ki, komitənin növbəti iclası mümkün qədər tez baş tutsun”.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 3 =