Atəşkəsdən sonra Qəzzada dağıntılar altından 212 cəsəd çıxarılıb
Axtarış-xilasetmə qrupları Qəzza zolağında atəşkəsdən sonra dağılmış evlərin dağıntıları altından 212 cəsədi çıxarıb.
APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat verib.
Artıq ölənlərin yaxınları cəsədlərini dəfn etmək üçün Qəzzaya qayıtmağa başlayıblar.
Qeyd edək ki, Səhiyyə Nazirliyi bundan əvvəl münaqişənin başladığı gündən bu yanan 47 mindən çox insanın şəhid olduğunu açıqlamışdı.