ATƏT PA-ya yeni sədr seçilib
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (ATƏT PA) daha əvvəl vitse-prezident vəzifəsində çalışan İsveç parlamentarisi Marqareta Sederfelti təşkilatın prezidenti seçib.
Bu barədə ATƏT PA-nın saytında məlumat verilib.
Nəticələr ATƏT PA-nın onlayn formatda keçirilən son plenar iclasında bir neçə gün davam edən müzakirələr və hesabatlardan sonra elan edilib.
Pia Kauma (Finlandiya), Daniela de Ridder (Almaniya), Askar Şakirov (Qazaxıstan), Raynhold Lopatka (Avstriya) və İren Xaralambides ( Kipr) yeni viste prezidentlər seçilib.
Report