Atadan DƏHŞƏTLİ ƏMƏL: Qızını öldürdü

Atadan DƏHŞƏTLİ ƏMƏL: Qızını öldürdü

İyunun 3-ü saat 12 radələrində Abşeron rayon sakini 35 yaşlı Jalə Davudovanın öldürülməsi barədə Abşeron rayon Prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan Lent.az-a verilən məlumata görə, araşdırmalarla zərərçəkmişin atası, 58 yaşlı İftixar Davudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Jalə Davudovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başladılıb. İftixar Davudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + nine =