Atillanın 1500 illik qızıl tacı oğurlanıb

Atillanın 1500 illik qızıl tacı oğurlanıb

Publika.az xəbər verir ki, mütəxəssislər hesab edirlər ki, Ukrayna muzeyləri rus əsgərləri tərəfindən talan edilib. Muzeylərdə saxlanılan skif qızıllarının, eləcə də, Atillaya məxsus olduğu bildirilən, qiymətli daşlarla bəzədilmiş 1500 illik qızıl tacın yerinin məlum olmadığını vurğulayıblar.

Paytaxt Kiyevdəki Milli Arxeologiya İnstitutundan Serhii Telizenko işğaldan sonra belə böyük itki ilə üzləşəcəklərini ağlına belə gətirə bilməyəcəyini bildirib.

Rusiya mətbuatından əldə edilən kəşfiyyat məlumatında bir çox muzeyə aid kolleksiyaların Krıma aparıldıqdan sonra Rusiyanın daxili bölgələrinə köçürüldüyü bildirilir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =