“Atletiko” UEFA Çempionlar Liqasındakı rekordunu təkrarlayıb

“Atletiko” UEFA Çempionlar Liqasındakı rekordunu təkrarlayıb

İspaniyanın “Atletiko” komandası UEFA Çempionlar Liqasındakı rekordunu təkrarlayıb.

Madrid təmsilçisi buna Liqa mərhələsinin VIII turunda Avstriyada “Zaltsburq”a qalib gəlməklə (4:1) nail olub.

Dieqo Simeonenin baş məşqçisi olduğu kollektiv 1973/1974 mövsümündən bəri ilk dəfə Çempionlar Liqasının (Avropa Çempionlar Kuboku) bir mövsümündə səfərdə üç qələbə qazanıblar.

Qeyd edək ki, “qırmızı-ağlar” daha əvvəl Fransada PSJ-ni (2:1), Çexiyada “Sparta”nı (6:0) üstələyib. Liqa mərhələsini 18 xalla beşinci pillədə başa vuran komanda birbaşa 1/8 finala vəsiqə qazanıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − seventeen =