Atom bombası istifadə oluna bilərmi?-Foto/Video

Atom bombası istifadə oluna bilərmi?-Foto/Video

Rusiya-Ukrayna müharibəsi hər keçən gün daha da şiddətlənir. İndi əksər ölkələrdə Rusiyanın Ukraynaya atom bombası atıb-atmayacağı müzakirə olunur. Ekspertlərin böyük əksəriyyəti belə bir şeyin yaşanmayacağını söyləyirlər.

Bu gün Rusiya XİN başçısı Sergey Lavrov “Əl-Cəzirə” telekanalına müsahibəsində də nüvə müharibəsi ehtimalına toxunub.

O bildirib ki, Üçüncü Dünya Müharibəsi baş versə, nüvə silahı ilə və dağıdıcı olacaq.

Bütün bu açıqlamaların fonunda isə belə bir sual yaranır: Rusiyanın arsenalında nə qədər nüvə başlığı var?

Hazırda Rusiya dünyada ən çox nüvə başlıqlarına sahib olan ölkədir. Belə ki, Rusiya 6257 nüvə başlığına sahib olmaqla dünyada liderdir.

Amerika 5550 nüvə başlığı ilə ikinci yerdə qərarlaşıb. Fransa 300, Çin 250, İngiltərə 215, Pakistan 140, Hindistan 130, İsrail 80, Şimali Koreya isə 60 nüvə başlığına malikdir. Rusiyanın bu qədər nüvə başlığına sahib olması isə qəribə səslənsə də, müharibə apardığı Ukraynanın hesabına olub.

Belə ki, 5 dekabr 1994-cü ildə imzalanan Budapeşt memorandumuna görə, Ukrayna əlindəki nüvə silahlarını 1994 və 1996-cı illərdə Rusiyaya bağışladı. Bunun qarşılığında isə Ukraynaya qarşı hər hansı bir ölkə hücum etdiyi təqdirdə Rusiya, İngiltərə və ABŞ Ukraynaya hərbi dəstək göstərəcəkdi.

Həmçinin Zelenski dünyaya son müraciətində Budapeşt memorandomuna riayət olunmasının vacibliyini vurğulayıb. ABŞ İkinci Dünya Müharibəsi zamanı bu bombalardan Yaponiyada istifadə etməsi tarixdən hər kəsə yaxşı məlumdur. Buna səbəb isə ABŞ-ın Yaponiyada həyata keçirdiyi hərbi əməliyyatda istədiyi nəticəni ala bilməməsi oldu. Hazırda Rusiya həmin senari ilə üz-üzədir. Vladimir Putin isə nüvə başlıqlarının hazır vəziyyətə gətirilməsi haqqında keçdiyimiz günlərdə müdafiə nazirinə əmr vermişdi.

Dünya ölkələri isə Rusiyanın atom bombasından istifadə edəcəyinə inanmırlar.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − eleven =