Aviazərbələrlə cavab olaraq İsrailin Aşkelon şəhərinə 60 civarında raket atılıb, dağıntılar var

Aviazərbələrlə cavab olaraq İsrailin Aşkelon şəhərinə 60 civarında raket atılıb, dağıntılar var

İsrailin Qəzzaya hava zərbələrinə cavab olaraq Fələstinli hərəkatlar üçüncü mərhələdə Aşkelon, Aşdod, Nir Yisrael və sair bölgələrə yüzdən çox raket atıblar.

İsrail mətbuatı bu gün günorta vaxtı yarım saat ərzində Aşkelona 60 civarında raketin atıldığını bildiriblər. Yerli fəallar şəhərin mərkəzində və dəniz limanında dağıntıları qeydə alan görüntülər yayımlayıblar.

İsrail mətbuatı əlavə edib ki, bu qarşıdurmada ilk dəfə olaraq Qəzzadan İsrailin hərbi mövqelərinə PUA ilə hücum edilib.

Eyni zamanda Fələstinlilərin “Kətaib əl-Qəssam Batalyonu” daha uzun məsafəni vura bilən raketlərə keçdiyini bildiriblər.

Fələstinin “Səraya əl-Quds” hərbi briqadası İsrailin hücumu nəticəsində üç komandirinin həyatını itirdiyini bildirib.

Bildirək ki, İsrailin Qəzzaya hava zərbələri, Qəzzada fələstinli hərəkatların buna raket cavabı hələ də davam edir. İndiyə qədər Qəzzada 27 nəfərin həyatını itirdiyi deyilir. Onlardan doqquzu uşaqdır. Eyni zamanda işğal altında olan İordan çayının qərbində əksər bölgələrdə əl-Əqsaya və Qəzzaya hücumla bağlı etiraz aksiyaları keçirilməkdə və qarşıdurmalar baş verməkdədir.

https://www.youtube.com/watch?v=7y1gDYws-wE&feature=emb_title

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 10 =