Avro çap olunan mətbəədə yanğın- Xəsarət alanlar var+Video

Avro çap olunan mətbəədə yanğın- Xəsarət alanlar var+Video

Fransa Mərkəzi Bankının Şamalyer kommunasının Klermon-Ferran şəhəri yaxınlığındakı mətbəəsində yanğın baş verib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, yanğın nəticəsində azı 34 nəfər xəsarət alıb. Onlardan 10-u xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan ikisi yanğınsöndürəndir. Yanğının səbəbi hələlik dəqiqləşdirilməyib. 387 işçisi təhlükəsiz yerə təxliyə edilib. 

Qeyd edək ki, Şamalyerdəki mətbəə Avropada yüksək mühafizə olunan 11 mətbəədən biridir və Avropa İttifaqının əskinaslarının beşdə birini istehsal edir. 2017-ci ildə onun işçilərinin sayı 700 nəfərə yaxın olub.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =