Avrokuboklarda final oyunlarının hakimləri açıqlanıb

Avrokuboklarda final oyunlarının hakimləri açıqlanıb

İtaliyanın “İnter” və İngiltərənin “Mançester Siti” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final oyununun hakimi bəlli olub.

“Report”un məlumatına görə, qarşılaşma polşalı FIFA referisi Şimon Marçinyaka tapşırılıb.

İtaliyanın “Roma” və İspaniya “Sevilya”sı arasındakı UEFA Avropa Liqasının final görüşünü ingiltərəli Entoni Teylor idarə edəcək.

Nəhayət, İtaliyanın “Fiorentina” və İngiltərənin “Vest Hem” kollektivləri arasındakı UEFA Konfrans Liqasının həlledici qarşılaşmasında ispaniyalı Karlos Del Serro Qrande iş başında olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 10-da, Avropa Liqasının əsas matçı mayın 31-də, Konfrans Liqasındakı həlledici matç isə iyunun 7-də oynanılacaq.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =