Avropa Birliyi yaponlar üçün sərhədlərini bağlamaq istəyir
Avropa Birliyi (AB) Yaponiya vətəndaşlarına AB-yə qeyri-rəsmi giriş icazəsi verilən ölkələr siyahısından çıxarmaq niyyətindədir.
Bildirilir ki, qərar Yaponiyada koronavirusa yoluxma hallarının artması ilə əlaqələndirilir.
Məlumata görə, AB-nin yenilənmiş “ağ siyahısında” Avropa Birliyi vətəndaşlarına səfər etməyə icazə veriləcək yalnız yeddi dövlət yer alacaq. Bunlar Avstraliya, Çin, Yeni Zelandiya, Ruanda, Sinqapur, Cənubi Koreya və Tailanddır.
REPORT