Avropa hərracları tarixində ən bahalı əsər: Məşhur tablo rekord məbləğə satıldı

Avropa hərracları tarixində ən bahalı əsər: Məşhur tablo rekord məbləğə satıldı

Avstriyalı rəssam Qustav Klimtin “Yelpikli xanım” tablosu Avropa hərracları tarixində ən bahalı əsər olub.

“Yelpikli xanım” Londonda “Sotheby’s” hərracında 85,3 milyon funt-sterlinqə (108,7 milyon dollar) satılıb. Bu, tabloya Avropa hərraclarında ən bahalı sənət əsəri adını qazandırıb.

Bu barədə “Sotheby’s” saytında məlumat verilib.

Qeyd edilib ki, əsər həm də ümumilikdə hərraclar tarixinin ən bahalı portretləri sırasında ikinci yeri tutub.

“Yelpikli xanım” rəssamın son əsərlərindən biri olub. O, əsəri 1918-ci ildə ölümündən bir müddət əvvəl tamamlayıb.

Qeyd edək ki, Avropada sənət əsərləri arasında hərracda satış qiyməti üzrə rekord sonuncu dəfə 2010-cu ildə qeydə alınıb. İsveçrəli heykəltəraş Alberto Cakomettinin bürüncdən düzəldilmiş “Addımlayan adam I” heykəli 104,3 milyon dollara satılıb.

Xatırladaq ki, Qustav Klimtin “Ölüm və həyat” tablosu ötən il Vyanadakı Leopold Muzeyində ekofəallarn hücumuna məruz qalmış və üzərinə qara maye atılmışdı.

Mənbə: Vesti.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + 20 =