Avropa inad etdi, Rusiya GERİ ADDIM ATDI

Avropa inad etdi, Rusiya GERİ ADDIM ATDI

Publika.az bu barədə “Deutsche Welle” Almaniya hökumətinin sözçüsü Şteffen Hebeşrayta istinadla məlumata yayıb.

Bildirilib ki, bu məsələ Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı zamanı müzakirə olunub.

Xüsusilə, Putin qeyd edib ki, aprelin 1-dən Rusiyada qaz tədarükü rublla ödənilməlidir. Bununla belə, o, əmin edib ki, Avropa şirkətləri üçün heç nə dəyişməyəcək, çünki ödənişlər bundan sonra da yalnız avro ilə aparılacaq və Rusiya əleyhinə sanksiyalara məruz qalmayan “Qazprombank”a köçürüləcək. Bundan sonra bank alınan valyutanı rubla çevirəcək.

“Aprelin 1-dən Rusiyadan qazın tədarükü yalnız rublla ödənişlər hesabına həyata keçiriləcək. Lakin Avropa şirkətləri üçün Putin istisna edəcək: ödənişlər avro ilə aparılmağa davam edəcək və həmişə olduğu kimi, “Qazprombank”a köçürüləcək. Bank Rusiyanın Ukraynaya qarşı təcavüzü səbəbindən tətbiq edilən sanksiyalara məruz qalmır. Sonra bank pulu rubla çevirir “, – sözçü bildirib.

Nəşrin məlumatına görə, Şolts Putinlə telefon danışığı zamanı ona ödənişlərlə bağlı təlimatları olan məktub göndərməyi xahiş edib.

Xatırladaq ki, başda Almaniya olmaqla bir sıra Avropa ölkələri Rusiyadan alacağı qazın pulunu rublla ödəməkdən imtina edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × three =