Avropa İttifaqı fələstinli qaçqınlara kömək üçün 261 milyon avro ayırıb
Avropa Komissiyası (AK) Avropa İttifaqının Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) dəstək üçün 261 milyon avro ayırdığını açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə Brüsseldə dərc olunmuş kommünikesində deyilir.
Bildirilib ki, Aİ bununla da agentliyin etibarlı tərəfdaşı və onun ən böyük donorlarından biri olduğunu təsdiqləyir.
Sənəddə xatırladılır ki, 1971-ci ildən Avropa İttifaqı ilə UNRWA arasında strateji tərəfdaşlıq insan inkişafı, humanitar ehtiyaclar və fələstinli qaçqınların müdafiəsi və Yaxın Şərqdə sabitliyin təşviqi kimi ümumi məqsədə əsaslanır.
Report.az