Avropa İttifaqı ölkələrinin XİN başçıları gürcüstanlı həmkarları ilə görüşüblər

Avropa İttifaqı ölkələrinin XİN başçıları gürcüstanlı həmkarları ilə görüşüblər

Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku bu gün Cənubi Qafqaz turu çərçivəsində Gürcüstanın xarici işlər naziri, baş nazirin müavini David Zalkaliani ilə görüşüblər.

Bu barədə B.Auresku tvitterdə yazıb.

Görüş zamanı rumıniyalı nazir Avropa İttifaqı ilə Gürcüstan arasında Assosasiya Sazişinin tətbiqində irəliləyişlərin əldə olunduğunu bildirib.

Xatırladaq ki, Avropa İttifaqının üç ölkəsinin – Avstriya, Litva və Rumıniyanın XİN başçıları Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin tapşırığı əsasında Cənubi Qafqaza səfər ediblər.

Səfər çərçivəsində nazirlər Azərbaycanda, sonra isə Ermənistanda olublar. Səfərin sonunda Gürcüstan paytaxtında mətbuat konfransı keçiriləcək.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + nineteen =