Avropa İttifaqı Suriyanın xarici işlər nazirinə sanksiya tətbiq edib

Avropa İttifaqı Suriyanın xarici işlər nazirinə sanksiya tətbiq edib

Avropa İttifaqı Suriyanın xarici işlər naziri Feysəl Miqdada sanksiya tətbiq edib.

SalamNews bu barədə Suriya mətbuatına istinadla xəbər verir.

Bildirilib ki, Suriyanın xarici işlər naziri Feysəl Miqdada tətbiq edilən sanksiyaların müddəalarından birinə əsasən o Avropa İttifaqına buraxılmayacaq.

Avropa İttifaqı Suriya rəsmilərini “insan hüquqları zəminində qanun pozuntuları”na görə ittihamlandırır.

Qeyd edək ki, Feysəl Miqdad iki aydır bu vəzifəni öhdəsinə götürüb.

Ondan öncə Suriyanın xarici işlər naziri mərhum Vəlid əl-Müəllim idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 1 =