Avropa Komissiyası üçüncü koronavirus dalğasının başladığını elan edib

Avropada koronavirusun yayılmasının üçüncü dalğası başlayıb.
Bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Dana Spinant açıqlayıb.
“Müxtəlif AB ölkələrində tədricən və ya hətta sürətlə başlayan üçüncü dalğanı görürük”, açıqlamasında deyilir.
Qeyd edilir ki, bu vəziyyət əhalinin peyvəndlənməsini sürətləndirmək üçün əsasdır.
Salamnews