Avropa Komissiyasının sədri Qəzzada atəşkəsə çağırdı
Avropa Komissiyasının sədri Misir prezidenti ilə telefon danışığından sonra bir daha Qəzzada müharibəni dayandırmağa çağırıb.
Sizinyolun xarici medialara istinadən verdiyi məlumatına görə, Antonio Kosta dünən axşam (9 yanvar) X sosial media hesabında yazıb: Avropa İttifaqı Qəzzada humanitar vəziyyətlə bağlı eyni narahatlığı bölüşür və dərhal atəşkəs və bütün girovların qeyd-şərtsiz azad edilməsinə çağırır.
Əl-Əqsa Tufanı əməliyyatından və bir sıra sionistlərin Qəzza zolağında Fələstin müqaviməti tərəfindən əsir götürülməsindən 461 gün keçməsinə, sionist rejimin bu bölgəyə qarşı geniş təcavüzünə baxmayaraq, nəinki adı çəkilən məhbusları azad edə bilməyib və heç bir məqsədinə çata bilməyib.