Avropa Liqası: “Qalatasaray” səfərdə “Barselona” ilə heç-heçə edib

Avropa Liqası: “Qalatasaray” səfərdə “Barselona” ilə heç-heçə edib

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin oyunları keçirilib.

BAKU.WS xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” İspaniyada “Barselona” ilə qolsuz heç-heçə edib.

Gecənin digər qarşılaşmalarında “Reyncers” Şotlandiyada Serbiyanın “Srvena Zvezda” klubuna, “Braqa” Portuqaliyada Fransa “Monako”suna, “Atalanta” isə İtaliyada Almaniyanın “Bayer” (Leverkuzen) komandasına qalib gəlib.

Avropa Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

10 mart

“Reyncers” (Şotlandiya) – “Srvena Zvezda” (Serbiya) – 3:0

Qollar: Ceyms Tavernye, 11 (pen.). Alfredo Morelos, 15. Folarin Baloqan, 51

“Braqa” (Portuqaliya) – “Monako” (Fransa) – 2:0

Qollar: Abel Ruis, 3. Vitor Oliveyra, 89

“Atalanta” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya) – 3:2

Qollar: Ruslan Malinovski, 23. Luis Muriel, 25; 49 – Çarles Arangis, 11. Mussa Diabi, 63

“Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə) – 0:0

“Sevilya” (İspaniya) – “Vest Hem” (İngiltərə) – 1:0

Qol: Munir El-Haddadi, 60

Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 1 =