Avropa nümayəndə heyətinin sionist rəsmilərlə görüşü mübahisə ilə başa çatıb

Avropa nümayəndə heyətinin sionist rəsmilərlə görüşü mübahisə ilə başa çatıb

Sionist mediasının məlumatına görə, avropalı diplomat və səfirlərdən ibarət bir heyət sionist rejim Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşüb.

Avropa nümayəndə heyəti rejimin fələstinlilərə qarşı rəftarından, eləcə də qeyri-qanuni məskunlaşmalardan şikayətləndikdə görüş mübahisə ilə nəticələnib.

Sionist medianın xəbərinə görə, iki həftə əvvəl on iki avropalı diplomat və səfirdən ibarət nümayəndə heyəti İordan çayının qərb sahilindəki vəziyyəti müzakirə etmək üçün işğal olunmuş Fələstinə gəlib. Görüş iki tərəf arasında mübahisə ilə yekunlaşıb və atmosfer diplomatik atmosferdən çox uzaqlaşıb.

Avropa rəsmiləri sionist şəhərsalma planlarına və digər məsələlərə qarşı olduqlarını bildiriblər. Həmçinin, sionist rejimin işğal olunmuş Qüdslə Maaleh Adumim şəhəri arasında mübahisəli E1 bölgəsində irəliləməsi və işğal olunmuş Qüdsün şərqindəki Giyat Hamotos məhəlləsində tikinti planları ilə bağlı narahatlıqlar səsləndirilib.

İsrailin Fransadakı keçmiş səfiri, hazırda Xarici İşlər Nazirliyində Avropa əlaqələri departamentinin direktoru vəzifəsində çalışan Eliza Ben-Nunun verdiyi cavablar mübahisəyə səbəb olub. Bəzi məmurlar vəziyyəti sakitləşdirməyə çalışsalar da, buna nail ola bilməyiblər və mübahisə “böyük böhranla” yekunlaşıb.

Oktyabrın sonunda sionist rejim İordan çayının qərb sahilində 3000-dən çox yeni yaşayış binası tikmək planlarını açıqladı.

Birləşmiş Ştatlar tərəfindən də pislənilən plan, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price tərəfindən kəskin şəkildə tənqid edildi və o, bunu “gərginliyin azaldılması və sülhün təmin edilməsi səylərinə tamamilə zidd” adlandırdı.

Bu arada, 2016-cı il dekabrın 23-də BMT Təhlükəsizlik Şurası sionist rejimin Fələstində məskunlaşmasına son qoymaq üçün 2334 saylı qətnamə qəbul edib.

Qətnamədə 1967-ci ildə İsrail yaşayış məskənlərinin qeyri-qanuni olduğu vurğulanmaqla yanaşı, Təl-Əvivi Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilində yaşayış məntəqələrinə son qoymağa çağırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 13 =