Avropa Parlamenti sədrinin müavini korrupsiya ittihamı ilə saxlanılıb

Avropa Parlamenti sədrinin müavini korrupsiya ittihamı ilə saxlanılıb

Avropa Parlamenti sədrinin müavini Eva Kayli futbol üzrə Dünya Çempionatında korrupsiya ittihamı ilə saxlanılıb.

APA-nın Frans Presə istinadla xəbərinə görə, polis avroparlamentin Yunanıstandan seçilmiş deputatını Brüsseldə həbs edib.

Bir müddət əvvəl “France Soir” qəzeti güc strukturlarının Brüssel və ətraf kommunalarda 14 axtarış həyata keçirdiyini xəbər vermişdi. Qəzet yazır ki, məsələ ilə bağlı ilin əvvəlindən araşdırma aparılırdı. Saxlanan şəxs nüfuz təmsilçiliyi üçün Qətərdən rüşvət almaqda təqsirləndirilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 1 =