Avropa Parlamentinin deputatı: Heç kim İŞİD-i məğlub etmək üçün General Süleymani qədər səy göstərməyib

Avropa Parlamentinin deputatı: Heç kim İŞİD-i məğlub etmək üçün General Süleymani qədər səy göstərməyib

Avropa Parlamentinin üzvü Qasim Süleymaninin şəhadətinin ikinci ildönümü ərəfəsində bəyan edib ki, İraqda İŞİD-i məğlub etmək üçün heç kim General Süleymani qədər səy göstərməyib, lakin beynəlxalq ictimaiyyət onun ABŞ vasitəsi ilə öldürülməsini pisləməyib.

Avropa Parlamentinin İrlandiyalı üzvü Mik Vallas İranın Avropa İttifaqındakı nümayəndə heyətinin Sepah komandiri General Qasım Süleymaninin şəhadətinin ikinci ildönümü ərəfəsində Twitter mesajına cavab olaraq vurğulayıb ki, heç kim İraqda İŞİD-i məğlub etməkdə Sərdar Süleymani qədər iş görməyib.

 “ABŞ və müttəfiqləri İŞİD-in güclənməsinə və terrorçu qrupların silahlanmasına görə məsuliyyət daşısalar da, İraqda İŞİD-i məğlub etmək üçün heç kim general Süleymani qədər səy göstərməyib. O, ABŞ tərəfindən öldürüləndə beynəlxalq ictimaiyyətin qınağı harada idi?” – deyə o, Twitter mesajında yazıb.

İranın Avropa İttifaqındakı nümayəndəliyi dünən öz Twitter səhifəsində Sərdar Süleymani haqda videoçarx yerləşdirib və bir mesajda yazıb:

“Sərdar Süleymaninin şəhadətinin ikinci ildönümünü qeyd etmək üçün sizi bu video klipə baxmağa dəvət edirik. Bu qəhrəman regionda sülhün bərqərar olması üçün çalışıb, ekstremizm və terrorizmin yayılmasına qarşı möhkəm bir səngər olub.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 − two =