Avropa Parlamentinin üzvü: Sərdar Süleymaninin öldürülməsi beynəlxalq hüquqa təhqirdir

Avropa Parlamentinin üzvü: Sərdar Süleymaninin öldürülməsi beynəlxalq hüquqa təhqirdir

Avropa Parlamentinin üzvü bəyan edib ki, Sərdar Süleymaninin öldürülməsi ABŞ tərəfindən vəhşi cinayət, beynəlxalq hüquq və BMT Nizamnaməsinə təhqirdir.

İrlandiyanın Avropa Parlamentindəki nümayəndəsi Mik Uolles bu gün (bazar ertəsi) İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general Qasım Süleymaninin şəhadətinin ikinci ildönümündə bildirib ki, bu adama sui-qəsd ABŞ-ın vəhşicəsinə cinayəti idi.

“İki il əvvəl (Sərdar) Süleymaninin öldürülməsi ABŞ hökuməti tərəfindən amansız cinayət idi və bu, onların sadəcə beynəlxalq hüququ və BMT Nizamnaməsini pozduğunu bir daha göstərdi.” – deyə, o, Twitter səhifəsində yazıb.

Avropa Parlamentinin üzvü bundan əvvəl də İran İslam Respublikasının Belçikadakı səfirliyinin Tvitter hesabından bu şəxsin meydanda şəhid olmasının ikinci ildönümü ilə bağlı tvitinə reaksiya verib.

Bir neçə gün əvvəl Avropa Parlamentinin üzvü Sərdar Süleymaninin şəhadətini anma mərasimində vurğulamışdı ki, İraqda İŞİD-i məğlub etmək üçün heç kim General Süleymani qədər səy göstərməyib, lakin beynəlxalq ictimaiyyət onun Birləşmiş Ştatların əli ilə öldürülməsini pisləməyib.

ABŞ-ın Qasim Süleymaniə qarşı  törətdiyi terror aktından iki il keçsə də, nəinki İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandiri unudulmayıb, onun yolu davam edir və ABŞ-ın İranın bölgədəki təsirini azaltmaq məqsədi heç bir nəticə verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 12 =