Avropa sionist rejimin idman komandalarına ev sahibliyi etməkdən narahatdır
Belçika Futbol Federasiyası bu ölkənin şəhərlərinin bu matça ev sahibliyi etməkdən imtina etməsinə görə UEFA-nın icazəsi ilə işğal altındakı Qüds rejiminin təmsilçisi ilə matçını Macarıstanda keçirməli olduğunu elan edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, sionist rejimin Qəzza zolağında son 10 ayda törətdiyi cinayətlər dünyada yeni anti-İsrail əhval-ruhiyyə dalğası yaradıb. Bu dalğa Avropa və Şimali Amerikada da özünü açıq şəkildə büruzə verir və indi Avropa Millətlər Liqasının yeni turu ərəfəsində işğalçı Qüds rejiminin futbol komandasının ev sahibləri üçün narahatlıq yaradıb.
Bununla əlaqədar olaraq, hazırkı mərhələdə sionist komandası ilə qarşılaşmalı olan Belçika Futbol Federasiyası bəyanat yayaraq, bu ölkənin şəhərlərinin bu matça ev sahibliyi etməkdən imtina etməsi səbəbindən UEFA-nın təsdiqi ilə bu oyunu Macarıstanda keçirməli olduğunu açıqlayıb.
Belçika Futbol Federasiyasının bəyanatında deyilir: Brüssel səlahiyyətliləri bizə Kral Boduin stadionunda İsraillə matçın keçirilməsinin mümkün olmadığını bildirdilər. Bundan sonra UEFA standartlarına uyğun stadionları olan bir neçə şəhərə məktublar göndərilib; Amma bu şəhərlərin merləri də təhlükəsizlik səbəbi ilə bu yarışı keçirmək üçün lisenziya verə bilməyəcəklərini açıqlayıblar. Nəhayət, UEFA-nın icazəsi ilə Belçika millisi 6 sentyabr 2024-cü il cümə günü Macarıstanda sionist futbol komandasını qəbul edəcək.