Avropa Şurası sədri Türkiyə ilə bağlı açıqlama verdi

Avropa Şurası sədri Türkiyə ilə bağlı açıqlama verdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Avropa ölkələri ilə Türkiyə hökuməti arasında müxtəlif ikitərəfli məsələlərdə yaşanan gərginliyin ardınca Avropa Şurasının sədri Şarl Mişel, Ankaraya qarşı bütün variantların masa üzərində olduğunu bildirib.

Şənbə günü Yunanistanın “Ekathimerini” qəzetinə verdiyi müsahibədə Mişel, Türkiyənin rəftarlarından narahat olduğunu dilə gətirmiş və Avropa Birliyinin Ankaranın davranışlarını dəyişdirmək üçün əlindəki bütün vasitələrdən istifadə etməyə hazır olduğunu söyləmişdir.

O, 27 AB üzv dövlətlərinin Türkiyə ilə bağlı sərt mövqeyinə işarə edərək deyib: “Biz daha müsbət bir gündəliyə hazır olduğumuz barədə açıq bir mesaj göndərdik, lakin bu müəyyən şərtlərdən asılı və geri dönülə biləndir.”

Son aylarda Türkiyənin Aralıq dənizinin şərqindəki kəşfiyyatı, bu ölkə ilə Avropa ölkələri arasında gərginliyi artırıb. Yunanistan, Kipr və bəzi Avropa ölkələri Türkiyənin bu hərəkətlərinin qanunsuz və gərginlik yaradan olduğunu söyləyərək bu barədə rəsmi Ankaraya xəbərdar etmişlər. Buna baxmayaraq, Türkiyə, yalnız Qara dəniz və Egeydəki öz hüquqlarını təmin etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − eight =