Avropa Şurasının Baş katibi Paşinyanla Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

Avropa Şurasının Baş katibi Alen Berse İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
APA xəbər verir ki, bu barədə Alen Berse sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, görüş zamanı regiondakı vəziyyət müzakirə olunub.
Baş katib, eyni zamanda, görüşdə Azərbaycanla davamlı sülhün vacibliyinin də diqqət mərkəzində olduğunu vurğulayıb.