Avropada müsəlmanların iki məscidinə hücum edilib

Avropada müsəlmanların iki məscidinə hücum edilib

Ötən gün ərzində Avropanın iki ölkəsində müsəlmanların ibadət ocağına irqi ayrıseçkilik və islamofobiya məqsədi daşıyan hücum edilib və məscidlərə zərər vurulub.

Ötən gün (10 Noyabr 2020) Almaniya və Hollandiyada (Niderlandiya) müsəlmanların iki məscidinə irqçi və islamofobik hücum edilib, məscid dağıdılıb.

Hollandiyanın şimal-qərbində yerləşən Zaamdam şəhərində türkiyəli müsəlmanların məscidi hücuma məruz qalıb. Məscidin şüşələri sındırılıb.  

Almaniyanın qərbində yerləşən Duyusburq şəhərinin İslam Mərkəzinin məscidi isə artıq üçündü dəfədir ki, anonim şəxslər tərəfindən hücuma məruz qalır, məscidin divarlarına irqçi və islamofobik şüarlar yazılır.

Bundan əlavə radikal irqçilər məscidin idarə heyətinə məktub göndəriblər, türk müsəlmanlar əleyhinə təhqirlər yazıblar.

Iqna.ir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =