Avropada qıtlıq və infilyasiya başlayıb-Foto/Vİdeo

Bu gün Almaniyandakı (Hamburq) dostlardan biri mağazalardakı məhsulların yarıya düşdüyünü və inflyasiyanın son iyirmi ildə analoqsuz olaraq 5.5-ə çatdığını bildirib.
Avropa ölkələrinin qalan hissəsində (məsələn, İngiltərədə) də vəziyyət eynilə belədir.
Rusiya müharibəsi metodu (əks tərəfi yormaq və az itkilərə vermək) Avropanın nə qədər müdafiəsiz olduğunu göstərir.
Yohannesburqdan olan başqa bir dostumuz son bir həftədə bir çox Avropa tacirlərinin bura gələrək məhsul almaq üçün kəndlilər və torpaq mülkiyyətçilərilə birbaşa danışıqlar apardığını bildirir.
Xatırlatmaq istəyirik ki, Avropada qıtlıq məsələsi, həmçinin, yanacaq böhranı son dərəcə ciddidir.
Nüvə müzakirələri aparılan bugünkü şəraitdə İranın danışıqlarda üstünlüyə malik olduğunu da söyləmək olar.
Avropada qıtlıq qaşılmazdır. Xəbər mənbələri Ukraynada müharibənin başlaması ilə buğda qiymətlərinin artdığını bildirir.
Ukraynadakı əkinçilər müharibə şəraiti ilə əlaqədar taxıl əkə bilmədiklərindən, gələcəkdə buğda qıtlığı yarana bilər. Rusiya və Ukrayna günəbaxan yağının qlobal ixraçının 80 %-ini təşkil edir.

Ötən günlərdə fransız mağazalarında baş verən münaqişələrlə bağlı videolar mediada yayımlanmaqdadır. Məlumatlara əsasən, gələcək qida böhranı səbəbiylə Fransada çörək kartlarını çap etdiləcəyini söyləməyə imkan verir.

Makron G-7 toplantısında bildirib ki, əgər Rusiya-Ukrayna müharibəsi davam edərsə, qıtlıq qaçılmaz olacaq.
İngiltərədəki inflyasiya səviyyəsi də son 30 ildə ən yüksək səviyyəyə çatıb.