Avropada təbii qazın qiyməti 800 dollardan aşağı düşdü

Avropada təbii qazın qiyməti 800 dollardan aşağı düşdü

Avropada təbii qazın qiyməti ucuzlaşıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 10-dan bəri ilk dəfə min kubmetr üçün 800 dollardan aşağı düşüb.

Belə ki, Hollandiyanın TTF mərkəzi üzrə fevral fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 796 dollara düşüb.

Ticarət başlayandan qazın ümumi ucuzlaşması 22%-dən çox olub və ötən həftənin tarixi rekordu ilə müqayisədə qazın qiyməti təxminən 3 dəfə ucuzlaşıb.

Xatırladaq ki, dekabrın 21-də Avropada qazın birja qiyməti tarixdə ilk dəfə olaraq min kubmetr üçün 2000 dollar həddini keçmişdi.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 13 =