Avropadan Tel-Əvivə çağırış: Şərqi Qüdsdə tikintini dayandırın!

Avropadan Tel-Əvivə çağırış: Şərqi Qüdsdə tikintini dayandırın!

Bir sıra Avropa ölkələri sionist rejimin işğal olunmuş Şərqi Qüdsdə tikinti aparmasını beynəlxalq hüququn pozulması adlandıraraq, bunun müstəqil Fələstin dövlətinin yaradılması və iki dövlətli həll yolunu  zəiflətdiyini bildirib.

Fransa, Almaniya, İtaliya və İspaniyanın xarici işlər nazirləri çərşənbə günü axşam İsrail rəsmilərini Şərqi Qüdsdə yeni yaşayış binalarının tikintisini dayandırmağa çağırıblar.

Bu ayın əvvəlində sionist rəsmilər işğal olunmuş Qüdsün şərq hissəsində 3500-ə yaxın mənzil tikmək planlarını təsdiqləyiblər ki, onların da təxminən yarısı ən çox gərginlik bölgəsi olan Gyuvat Hamotos və Har Humana düşür.

 “Reuters”in məlumatına görə, Avropa ölkələri bəyanatda fələstinlilərin dövlət yaratmaq üçün beynəlxalq sülh səylərinə istinad edərək, yüzlərlə yeni binanın “iki dövlətli həll yoluna əlavə maneə” olacağını bildiriblər.

Onlar bölgədəki tikintinin yetəri qədər İordan çayının qərb sahilini Şərqi Qüdsdən ayıracağını və yaşayış məntəqələrinin beynəlxalq hüquqa zidd olduğunu bildiriblər.

Reuters-in məlumatına görə, sionist rejim 1967-ci il müharibəsində şəhərin qədim hissəsi də daxil olmaqla şərqi Qüdsü işğal edib və sonra onu işğal olunmuş Fələstinin digər bölgələrinə ilhaq edib və bu, beynəlxalq səviyyədə tanınmayıb.

Almaniya, Fransa, İtaliya və İspaniyanın xarici işlər nazirləri də fələstinlilərin evlərindən məcburi təxliyəsi və Şərqi Qüdsdəki Şeyx Cərrah məhəlləsinin sökülməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Sionistlərin evlərini sökmək cəhdinə bir neçə gün müqavimət göstərən fələstinli ailənin üzvləri həbs edilib və ev dağıdılıb.

Sionist mühacirlər tərəfindən davam edən təzyiqlər və onların Qüds məhkəmələri ilə sövdələşmələri səbəbindən Şeyx Cərrah məhəlləsində 28 evi olan Qüdsdəki 500-ə yaxın fələstinli didərgin və məcburi köçkün halına düşmək təhlükəsi altındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 5 =