Avropanın genişmiqyaslı müharibə PLANI -Rusiyada hazırlıq başladı
Publika.az xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulev bildirib.
Onun sözlərinə görə, NATO ölkələri ABŞ-ın alətidir. Deputat hesab edir ki, Vaşinqton onlardan öz maraqlarını təbliğ etmək üçün istifadə edir.
“Təkcə almanların deyil, italyanların, fransızların, ispanların və portuqalların da döyüşməyə hazır olduqlarını bəyan edəcəkləri gün uzaqda deyil”, – o qeyd edib.
Siyasətçinin fikrincə, Rusiya buna hazır olmalıdır: “Amerikalılar üçün hər şey plana uyğun gedir, biz bədəl ödəməliyik. Bu təhdidləri görürük, bilirik, onlara hazırıq, sənayemizi inkişaf etdirmişik”.
Publika.az