Avstraliya ABŞ-dan beşə qədər nüvə sualtı qayığı almağı planlaşdırır

Avstraliya ABŞ-dan beşə qədər nüvə sualtı qayığı almağı planlaşdırır

Avstraliya AUKUS layihəsi çərçivəsində ABŞ-dan beşə qədər “Virciniya” nüvə sualtı qayığı almağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Reuters” ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl “Sydney Morning Herald” yazıb ki, Avstraliyanın Baş naziri Entoni Albaneze nüvə sualtı qayıqlarının tikintisi ilə bağlı müqaviləni təmin etmək üçün gələn həftə ABŞ-a səfər edəcək.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak ABŞ Prezidenti Cozef Bayden və Avstraliyanın Baş naziri Entoni Albaneze ilə üçtərəfli AUKUS çərçivəsində təhlükəsizliklə bağlı danışıqlar aparmaq üçün martın 13-də ABŞ-a səfər edəcək.

Repor.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − seven =