Avstraliyada əhalinin peyvəndlənməsinə qarşı etiraz aksiyaları keçirilib

Avstraliyada əhalinin peyvəndlənməsinə qarşı etiraz aksiyaları keçirilib

Avstraliyanın iki ən böyük şəhəri olan Sidney və Melburnda məhdudiyyətlərə və əhalinin peyvənd olunmasına qarşı keçirilən etiraz aksiyaları zamanı 260-dən çox insan saxlanılıb.

Yeni Cənubi Uels ştatı polisindən verilən məlumata görə, Sidneydə gözlənilən kütləvi etiraz aksiyalarınaı 1500 polis cəlb edilib, bəzi bölgələrdə ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Melburnda isə yüzlərlə adamın iştirak etdiyi etiraz yürüşləri polislə sərt toqquşmalarla başa çatıb. Nəticədə 235 nəfər həbs edilib, daha 193 nəfər ictimai asayişi və sanitariya qaydalarını pozmağa görə cərimələnib.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × two =