Avstraliyada ABŞ tankı qəza törədib, xəsarət alanlar var

Avstraliyada ABŞ-ın “Abrams” tankının iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə Avstraliyanın ABC telekanalı məlumat yayıb.
Bildirilir ki, üzərində “Abrams” tankının olduğu yarımqoşqu da daxil olmaqla 7 avtomobilin toqquşması nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırılıb.
“Polis hadisə yerinə gələndə 3 avtomobil yanmışdı, digər 4 avtomobilə isə ciddi ziyan dəyib”, – telekanal bildirib.
Avstraliyanın müdafiə naziri Riçard Marlz ABŞ tankının yük maşını ilə Qladston limanından Şouluoter Bey hərbi poliqonuna aparıldığını qeyd edib.
Ekspertlər araşdırma aparır, qəzanın səbəbi hələlik məlum deyil.
Report.az