Avstraliyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub

Avstraliyanın şimal-şərqində hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 4 nəfər ölüb.
“Report”un məlumatına görə, qəzaya uğrayan təyyarənin ekipajı “Talisman Saber” hərbi təlimlərində iştirak edirmiş.
İnsident iyulun 28-də Keynes şəhərindən 620 km cənubda yerləşən Hamilton adasının yaxınlığında baş verib. Qəzaya uğrayan helikopter təlimlər zamanı ABŞ və Avstraliya hərbçilərinin qarşılıqlı fəaliyyətini əlaqələndirmək üçün təlim manevrləri həyata keçirirdi.
Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğradığı yerdə hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Report.az