Avstraliyalı senator Fələstini dəstəklədiyi üçün İşçi Partiyasından uzaqlaşdırılıb

Avstraliya İşçi Partiyası bu ölkənin parlamentində bu yaxınlarda keçirilən səsvermə zamanı müstəqil Fələstin dövlətini dəstəklədiyi üçün xanım Fatimə Peymanı qeyri-müəyyən müddətə partiya üzvlüyündən kənarlaşdırıb.
Avstraliyalı senator Fatimə Peyman müstəqil Fələstin dövlətinə dəstək verdiyi üçün hazırda hakim partiya olan bu ölkənin İşçi Partiyasından qeyri-müəyyən müddətə uzaqlaşdırılıb.
O, dünən sosial şəbəkələrdən birində şəxsi səhifəsində verdiyi açıqlamada bildirib: “Dünən Baş nazir mənim İşçi Partiyasına üzvlüyümü qeyri-müəyyən müddətə dayandırdı.”