Avstriyada fluronaya ilk yoluxma halı təsdiqləndi

Avstriyada fluronaya ilk yoluxma halı təsdiqləndi

Publika.az xəbər verir ki, ənənəvi qrip virusu (influensa A və ya H3N2) ilə koronavirus bir pasiyentdə eyni zamanda aşkarlanıb.

Vyana Tibb Universitetinin mütəxəssisləri hesab edirlər ki, koronavirusun “omikron” ştamına kütləvi yoluxmalar fonunda ənənəvi qriplə koronavirusa birgə rast gəlinən ikiqat infeksiyaların sayı artacaq. Buna mövsümi qripin ən çox baş verdiyi qış ayları da öz təsirini göstərəcək.

İlk halın aşkarlandığı gənc pasiyent koronavirus əleyhinə ikiqat peyvənd edildiyinə görə, xəstəliyin gedişatı yüngül keçib, lakin bu, digər ikiqat yoluxma halları üçün standart mənzərə kimi dəyərləndirilə bilməz. Hesab edilir ki, yaxın vaxtlarda ölkədə flurona dalğası baş verə bilər. Alimlə iki infeksiyaya eyni vaxtda yoluxmaya “tvindemiya“ (ingiliscə əkiz sözündən) adını veriblər.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 20 =