Avtobuslarda gediş haqqı nə üçün qaldırıldı?

Avtobuslarda gediş haqqı nə üçün qaldırıldı?

Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

BAKU.WS xəbər verir ki, aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik).

Avtobuslarda gediş haqqının artmasına münsaibət bildirən Bakı Nəqliyyat Agentliyinin (BNA) aparat rəhbəri İTV-də yayımlanan “Sabaha saxlamayaq” verlişində bildirib ki, davamlı və keyfiyyəti işin ortaya çıxması üçün istifadəçi ilə daşıyıcı şirkətlərin maraqları uzlaşmalıdır: “Daşıma şirkətlərinin xərclərində 3 komponent var. Təmir, əmək haqqı və yanacaq xərcləri. Bu üç xərc komponentinə baxsaq 30-35 faiz artım görəcəyik”.

Qiymət artımına münasibət bildirən “Ayşən LTD” MMC-nin direktoru İradə Əliyeva da qiymət artımının labüd olduğunu və şirkətin bu yolla xidmət səviyyəsini yüksəldəcəyini deyib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × four =