Avtobuslarla bağlı VACİB DƏYİŞİKLİK – Bundan sonra sərnişinlər…

Avtobuslarla bağlı VACİB DƏYİŞİKLİK – Bundan sonra sərnişinlər…

Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” 15 mart 1999-cu il tarixli qərarında dəyişiklik edib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra sərnişin avtobusları sərnişinlərinin (şəhərdaxili və yaxud qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirilmədikdə texniki baxışa buraxılmayacaq. Bu halda müvafiq icbari sığorta müqaviləsinin mövcudluğu “İcbari sığortalar haqqında” qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + 18 =