“SizinYol” xəbər verir ki, işğalçı Ermənistan ordusu Azərbaycan ərazisini hədəf alaraq kəndliləri vurmaq istərkən İranın Təbriz şəhərindəki Xudafərin kəndində bir evi vurublar. Top mərmisi evin divarlarını dağıdıb və partlamanın şiddətindən qonşu evlərin pəncərələri qırılıb.