Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı
Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci (Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsinə əsasən barəsində axtarış elan edilmiş Biləsuvar rayon sakini R.Əzizov Bakı şəhəri ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Trend