Ayətullah Ərafi: Dağlıq Qarabağın işğaldan azad olmasına dəstəyi öz vəzifəmiz hesab edirik

Ayətullah Ərafi: Dağlıq Qarabağın işğaldan azad olmasına dəstəyi öz vəzifəmiz hesab edirik

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Ayətullah Əlirza Ərafi dünən səhər İİR-nın Qum şəhərində, Elmiyyə Hövzələrinin İdarəetmə Mərkəzində keçirilən “17 Rabiül-əvvəl, Qarabağ mövzusunda ən yüksək dialoq” beynəlxalq konfransındakı çıxışında belə deyib: “Dağlıq Qarabağ məsələsinə qarşı həssaslıq nümayiş etdirən bütün siyasi və elmi şəxsiyyətlərə öz minnətdarlığımızı bildiririk.”

Elmiyyə Hövzələrinin rəisi belə qeyd edib: “Biz fiqhi və dinimizin əsasları baxımdan İslam torpaqlarına qarşı çox həssasıq, ona görə də İslam torpaqlarının işğalını qanunsuz bilir və azadlığı uğrunda müqavimət və mübarizəni vacib hesab edirik. Bizlər Fələstin torpaqlarını müqəddəs bildiyimiz kimi, Dağlıq Qarabağın azadlığını və təcavüzkarların işğal etdiyi digər əraziləri də himayə etməyi öz vəzifəmiz hesab edirik.”

Ayətullah Ərafi çıxışında Dağlıq Qarabağın azad edilməsinin daha möhkəm bir bağlılığa və qərbin yaratdığı terrorizmə qarşı birgə mübarizəyə zəmin yaradacağını da əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − two =