Ayətullah Cavadi Amulinin həyat yoldaşının vəfatı münasibətilə Ayətullah Xamenei başsağlığı mesajı verib
Ayətullah Cavadi Amolinin həyat yoldaşının vəfatı münasibətilə Ayətullah Xamenei başsağlığı mesajı verib.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei Ayətullah Cavadi Amulinin möhtərəm həyat yoldaşının vəfatı ilə bağlı başsağlığı verib.
Mesajın mətni belədir:
Allahın adı ilə
Cənab Ayətullah Cavadi Amuli!
Möhtərəm həyat yoldaşınızın vəfatı münasibətilə (Allah ona rəhmət etsin), sizə, möhtərəm övladlarınıza və bütün ailə üzvlərinizə başsağlığı verir, uca Allahdan ona rəhmət və bağışlanma diləyirəm.
Vəssəlamu ələykum və rəhmətullah!
Seyid Əli Xamenei
25 aprel 2022-ci il