Ayətullah Rəisi İlham Əliyevi İran İslam Respubliksına səfərə dəvət edib

Ayətullah Rəisi İlham Əliyevi İran İslam Respubliksına səfərə dəvət edib

İran İslam Respublikasının Xarici işlər naziri Azərbaycan Respublikasının xarici işlər naziri ilə telefon danışığında iki ölkə arasında əldə olunmuş razılaşmaların tezliklə həyata keçirilməsinin zəruriliyini vurğulayıb və tezliklə Bakıda Müştərək Konsulluq Komissiyasının iclasının keçiriləcəyinə ümidvar olduğunu bildirib.

İran İslam Respublikası və Azərbaycan Respublikasının Xarici işlər nazirləri Hüseyn Əmir Abdullahiyan və Ceyhun Bayramov bu gün (cümə) telefonla ikitərəfli əməkdaşlığın inkişafı və regionda baş verən hadisələri müzakirə ediblər.

İran XİN-i bu söhbətdə iki prezidentin görüşünə, eləcə də İran İslam Respublikasının Yollar nazirinin Bakıya səfərinə və Azərbaycan Respublikasının Müdafiə nazirinin İrana səfərinə toxunub. Bbunu iki qonşu ölkə arasında yaxşı münasibətlərin əlaməti adlandırıb.

Xatırladaq ki, ötən həftə yollar naziri Rüstəm Qasemi Bakıya səfər etmiş və Azərbaycan Respublikasının Müdafiə naziri “Zakir Həsənov” da Tehrana səfər edərək Müdafiə naziri və Ayətullah Rəisi ilə görüşmüşdür.

Əmir Abdullahian İran İslam Respublikasının Prezidenti Ayətullah Rəisinin salamlarını və İrana dəvətini Azərbaycan Prezidenti İlham Əliyevə çatdırıb.

Xarici İşlər naziri iki ölkə arasında imzalanmış sazişlərə və müştərək tikinti layihələrinə, digər əməkdaşlıq sazişlərinə də toxunaraq, bu sazişlərin tezliklə həyata keçirilməsinin vacibliyini xatırladıb.

Əmir Abdullahiyan Azərbaycanda həbsdə olan bir qrup iranlının İrana təhvil verilməsində Azərbaycan hökumətinin əməkdaşlığını yüksək qiymətləndirib.

Xarici işlər nazirimiz İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında yaxşı əlaqələrə toxunaraq, iki ölkə arasında, xüsusən də iranlı tələbələr və iş adamları üçün vizaların verilməsinin asanlaşdırılması və sürətləndirilməsini istəyib.

Əmir Abdullahiyan həmçinin İran İslam Respublikası Parlamentinin Dostluq Qrupunun Bakıya gözlənilən səfərinə toxunaraq, iki ölkənin parlamentləri arasında əməkdaşlığın digər sahələrə paralel olaraq inkişaf edəcəyinə və genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − three =