Ayətullah Rəisi: İran İslam Respublikası bu gün dünyanın ən müstəqil ölkəsidir

Ayətullah Rəisi: İran İslam Respublikası bu gün dünyanın ən müstəqil ölkəsidir

“Fars” xəbər agentliyinin məlumatına görə, İİR-nın Məhkəmə Sisteminin sədri Ayətullah İbrahim Rəisi bu gün səhər Məhkəmə Ali Şurasının iclasındakı çıxışında Həzrət Fatimə əleyha səlamın mübarək mövludu və İslam İnqilabının “Fəcr” ongünlüyü münasibətilə öz təbriklərini bildirərək, Həzrət Fatimənin(s) tarixi şəxsiyyətini deyil onun uca məqamını dərk etməyin daha mühüm olmasını vurğulayıb.

Ayətullah İbrahim Rəisi qeyd edib: “Bizim İnqilabımız Həzrət Fatimə əleyha səlamın məqamının bir cilvəsidir. İmam Xomeyni(r) həmişə öz həyatında və çıxışlarında “Aləm Allahın hüzurundadır” prinsipini əsas tutmuşdur. Bu prinsip İmam Xomeyni(r) təfəkkür tərzinin təməlini təşkil edir”.    

Ayətullah Rəisi müstəqillik nemətinin ilahi bir lütf olmasını bildirərək, İran İslam Respublikasını bu gün dünyanın ən müstəqil ölkələrindən biri olmasını qeyd edib. 

Məhkəmə Sisteminin sədri çıxışında qeyd edib: ”Bu 42 illik mücadilədə düşmənlər hər zaman bu azadlığı bizdən almaq, öz mədəniyyəti və təfəkkürünü bizlərə hakim etmək istəyib. Lakin bu millət istiqlaliyyəti və Allahın hakimiyyətini hər şeydən üstün tutub. İradələr savaşında şübhəsiz ki, ilahi qələbəyə güvənən iradə qalib gələcəkdir. Bizlər İslam İnqilabının mənəvi təsirlərinə ölkəmizdə və dünyada hər zamankindən daha çox şahid olacağımıza ümid edirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + sixteen =