Ayətullah Rəisi: Qasim Süleymaninin qətlini həyata keçirənlər artıq yer üzündə amanda olmayacaqlar

Ayətullah Rəisi: Qasim Süleymaninin qətlini həyata keçirənlər artıq yer üzündə amanda olmayacaqlar

Sizinyol xarici mediaya istinadən xəbər veir:

Məhkəmə başçısı Hacı Qasim və yoldaşlarının şəhadətinin ildönümündə dedi: “Qasim Süleymani həm inqilabi düşünən, həm də hərəkət edən inqilabi bir şəxsiyyət idi.”

Məhkəmə rəhbəri Ayətullah İbrahim Rəisi bu gün səhər Tehran Universitetində General Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndis və şəhid yoldaşlarının öldürülməsinin ildönümündə İmam Xomeyni məktəbi və Aşura məktəbi ilə birlikdə Şəhid Süleymani məktəbinin xüsusiyyətlərinin bugünkü və gələcək nəsillər üçün müəyyənləşdirilməsinin zəruriliyini ifadə edib.

Şəhid Süleymani məktəbinin ilk xüsusiyyəti ixlas idi. Yəni, Qasim Süleymani Allah üçün müqavimət göstərən və cihad edən bir şəxs idi.

İkinci göstəricisi onun bəsirətli olmasıdır. İnsan bəsirətli olduqda, dostunu düşməndən seçə bilir. Üçüncü xüsusiyyəti vilayətə əsaslanması idi. Bəziləri vilayəti şüara çevirib, amma Qasim Süleymani vilayətə bağlı biri idi.

Qasim Süleymaninin vəsiyyəti vilayətnamədir və bizə bir dərsdir. Şəhid Süleymaninin həyatının başqa bir xüsusiyyətinin məzlumlara dəstək olduğuna işarə edən Ayətullah Rəisi bunları söylədi: “O, insanların türk, izədi, şiə və ya sünni olması arasında fərq qoymazdı. Dünyadakı bütün

məzlumlara önəm verərdi, çünki İslam İnqilabı dünyadakı bütün məzlumları dəstəkləyir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + four =