Ayətullah Seyid Əli Xamenei başsağlığı verdi

Ayətullah Seyid Əli Xamenei başsağlığı verdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam İnqilabının ali rəhbəri Ayətullah Xamenei Fələstin Qurtuluş Xalq Cəbhəsinin baş katibi Əhməd Cəbrayılın ölümünə görə başsağlığı verib.

Başsağlığının mətni belədir:

Bağışlayan və Mehriban Allahın adı ilə

Yorulmaz döyüşçü cənab Əhməd Cəbrayılın vəfatı ilə əlaqədar Fələstin xalqına və Fələstin mübarizəsi sahəsində çalışan bütün mücahidlərə və fəallara və Qərbi Asiya bölgəsindəki bütün müqavimət qruplarına və mərhumun yaxınlarına başsağlığı verirəm.

Bu cəsur və çalışqan insan ömrünü qəsb olunmuş vətəni və məzlum milləti uğrunda mübarizədə keçirmişdir.

Allahdan onun üçün böyük əcr, ilahi rəhmət və bağışlanma diləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + seventeen =