Ayətullah Şeyx İsa Qasim referendum keçirilməsini istəyir
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Bəhreyn mediasının yazdığına görə, Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasim çərşənbə günü ölkədə müxalifətin çəkisinin müəyyən edilməsi üçün referenduma çağırış edib.
O, xalqın bir mövqedə, hökumətin başqa bir mövqedə olub olmadığını müəyyən etmək üçün Ali-Xəlifə rejimini sionist rejimlə münasibətlərin normallaşdırılması və ya hər hansı digər mübahisəli məsələ ilə bağlı referendum keçirməyə çağırıb.
Ayətullah İsa Qasimin twiter hesabında belə qeyd olunub: “Bir çox hökumət rəsmisi dialoqun yalnız parlamentin içərisində mümkün olduğunu söyləyirlər. Əgər məqsəd indiki parlament kimi idarəetmə şurasının rəyindən asılı olan parlamentdirsə, bu diktaturadır.”
Ayətullah İsa Qasim, parlamentin idarəetmə şurasının fikrindən asılılığını tənqid edərək deyib: “Bizim müsbət rəyimiz yalnız xalqın azad iradəsindən irəli gələn bir parlamentdir”.
Bəhreyn 14 fevral 2011-ci ildən etibarən Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir. Xalq azadlıq, ədalətin bərqərar olması, ayrıseçkiliyə son qoyulması və ölkələrində seçkilərə əsaslanan bir dövlət qurulmasını istəyirlər.