Ayətullah Sistani: Beynəlxalq ictimaiyyətin sionist rejimin təcavüzü qarşısında acizliyi təəssüfləndiricidir

Ayətullah Sistani: Beynəlxalq ictimaiyyətin sionist rejimin təcavüzü qarşısında acizliyi təəssüfləndiricidir

Ayətullah Seyid Əli Sistani UNAMİ-nin İraqdakı nümayəndəsi ilə görüşündə Livan və Qəzza zolağında baş verən faciələrdən dərin kədər duyduğunu, beynəlxalq ictimaiyyət və təşkilatların  sionistlərin vəhşi təcavüzünün qarşısını almaqda acizliyindən şiddətlə təəssüfləndiyini bildirib.

İRNA-nın məlumatına görə, bu gün (4 noyabr) Ayətullah Sistaninin dəftərxanası bəyana yayaraq elan edib:  Ayətullah Sistani BMT-nin İraqdakı yardım missiyasının yeni rəhbəri “UNAMI” və BMT katibinin xüsusi nümayəndəsi “Məhəmməd Əl-Həsan” və onu müşayiət edən heyətin qəbulunda Birləşmiş Millətlər Təşkilatının İraqda olmasını alqışlayıb və bu təşkilatın nümayəndəsinə həvalə edilmiş missiya və vəzifələri yerinə yetirməkdə uğurlar arzulayıb.

Məlumata görə BMT nümayəndəsi deyib: İraqlılar, xüsusən də ayıq-sayıq elitalar onların keçdikləri təcrübələrdən öyrənməli, maneələri və uğursuzluqları aradan qaldırmaq üçün bütün səylərini sərf etməlidirlər.

Ayətullah Sistani bu görüşdə vurğulayıb: Müxtəlif aspektlərdə xarici müdaxilənin qarşısının alınması, qanunun aliliyinin bərqərar olması, hökumətin əlində olan silahların müsadirə edilməsi və bütün səviyyələrdə korrupsiya ilə mübarizə zəruridir.

Bölgədəki qızışmış vəziyyətə gəlincə, Livan və Qəzza zolağında baş verən hazırkı faciələrdən dərin kədər ifadə edən Ayətullah Sistani həmçinin beynəlxalq ictimaiyyət və təşkilatların bu faciələrin qarşısını almaq üçün təsirli həll yolları tətbiq edə bilməməsindən dərin kədərini ifadə edərək ən azından mülki insanları faciələrdən uzaq tutuması barədə tədbirlər görülməsinin zərurətini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × three =